İran və Pakistan prezidentlərinin gorüşü olub
28.11.2021 587 0.0 0

İran Pakistanla münasibətləri hərtərəfli şəkildə genişləndirməyə maraqlıdır.

Bunu İran prezidenti İbrahim Rəisi Türkmənistan paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının kənarında Pakistan prezidenti Arif Alvi ilə görüşdə deyib. Bu barədə Trend İran Prezident Aparatının informasiya portalına istinadən məlumat verib.

İ.Rəisinin sözlərinə görə, iki ölkə arasında münasibətlərin inkişafı üçün bütün potensiallardan istifadə etmək lazımdır. Belə ki, bu iki ölkə xalqı və regionun inkişafının xeyrinədir.

Rəisi əlavə edib ki, İran Pakistanla münasibətləri inkişaf etdirmək üçün heç bir məhdudiyyəti yoxdur. Tehran-İslamabad sərhəd bazarları, tranzit, nəqliyyat, enerji, turiz sahələrində münasibətləri inkişaf etdirilməsində maraqlıdırlar.

Görüşdə Pakistan prezidenti Arif Alvi də bildirib ki, iki ölkə ticarət dövriyyəsinin artırılmasında 3 sərhəd bazarı əhəmiyyət kəsb edir. Pakistanın dövlət ticarət naziri bu sərhəd bazarlarının inkişaf etdirilməsi məqsədilə bölgəyə səfər edib və Pakistan İranla ticarət dövriyyəsini bir neçə dəfə artırmağa maraqlıdır.Trend.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar