İran və Fransa arasında 20 saziş imzalanıb
29.01.2016 513 0.0 0

İran prezidenti Həsən Ruhaninin Fransaya səfəri çərçivəsində Paris və Tehran arasında müxtəlif sahələri əhatə edən 20 saziş imzalanıb.
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, Fransanın “Total” neft-qaz şirkəti xam neftin alışına dair İranın “NIOC” şirkəti ilə saziş imzalayıb.
 
“Airbus” şirkəti “Iran Air” aviaşirkəti ilə İrana 118 sərnişin təyyarəsinin tədarükünə dair saziş imzalayıb. Bundan başqa, İran “Airbus” şirkəti ilə aviasiya sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb.
 
“Vinci” şirkəti İran tərəfi ilə Məşhəd və İsfahandakı hava limanlarının yeni terminallarının tikintisi və istismarı ilə bağlı saziş imzalayıb.
 
“Bouygues” şirkəti isə Tehrandakı “İmam Xomeyni”  hava limanının yeni terminalının inkişafı layihəsi üzrə razılaşma əldə edib.  
 
İmzalanan sazişlərin ümumi dəyəri barədə məlumat verilmir.  
 
Qeyd edək ki, Həsən Ruhanin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada ikigünlük rəsmi səfərdədir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar