Fevralın 23-də Tehranda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında görüşdən sonra prezidentlərin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.
Qazeta.info APA-ya istinadla xəbər verir ki, ümumilikdə 11 sənəd imzalanıb.
İmzalanan sənədlər arasında Azərbaycan hökuməti və İran hökuməti arasında Fövqəladə hallar barədə xəbərdarlıq, məhdudlaşdırılması və nəticələrinin aradan qaldırılması haqqında saziş, Gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında saziş, Baytarlıq və heyvan sağlamlığı sahələrində əməkdaşlıq haqqında saziş, Elektrik enerjisinin satışına dair saziş, İki ölkəni birləşdirən dəmiryol xətti barədə çərçivə sazişi, İki ölkə arasında Astara-Astara dəmir yolu xətti və dəmir yolu körpüsü əlaqəsi haqqında müqavilə, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ailə və qadın məsələləri üzrə əməkdaşıq sazişi, Səhiyyə və tibb elmi haqqında əməkdaşlıq haqqında iki ölkənin Səhiyyə nazirlikləri arasında anlaşma Memorandumu, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İranın Əmək və Sosial Rifah Nazirliyi arasında əmək münasibətləri, məşğuluq və sosial müdafiə sahəsində anlaşma Memorandumu, SOCAR və İranın Milli Neft Şirkəti arasında neft və qaz layihələrinə dair anlaşma Memorandumu və SOCAR-la QƏDR investisiya şirkəti arasında anlaşma Memorandumu var.