İran Türkiyəyə «yox» dedi
09.12.2015 800 0.0 0

İran Türkiyəyə qazın ixracını artırmaqdan imtina edib. 

Məlumata görə, bu barədə İran-Türkiyə sərhədində yerləşən Bazargan qaz nəzarət-ölçü stansiyasının direktoru Sadiq Akbarpur bəyanat yayıb. 

İki ölkə arasında hazırda mövcud olan müqaviləyə əsasən, İran gün ərzində Türkiyəyə 30 milyon kub metr qaz ixrac edir. Bunun üçün 17 kompressor stansiyası ilə 1700 kilometr boru kəməri istifadə olunur. Bütovlükdə, illik nəql 2008-ci ildən başlayaraq yüksəlib və hal-hazırda bu, 10 milyard kub metr təşkil edir.

"Əgər Ankara İran qazının idxalını artırmağa hazırdırsa, onda qüvvədə olan müqavilə çərçivəsində bu, mümkün deyil, yeni müqaviləni bağlamaq lazımdır", - deyə Akbarpur qeyd edib.

Bir müddət bundan əvvəl "National Iranian Gas Company"nin beynəlxalq əlaqələr üzrə direktoru Azizolla Ramezani deyib: "Biz Türkiyəyə qaz ixracını artırmağa hazırıq, bunun üçün yeni qaz razılaşması hazırlamaq lazımdır".

 


Azizolla Ramezani - "National Iranian Gas Company"nin beynəlxalq əlaqələr üzrə direktoru 


Ümumiyyətlə, Türkiyə-Rusiya hadisəsindən sonra Ankara özü üçün yeni neft və qaz mənbələri axtarır. Çünki Türkiyə öz qaz bazarı üçün ehtiyat edir. Türkiyə "mavi yanacağın" təxminən 60%-ni Rusiyadan idxal edir. Hal-hazırda bu həcmi yalnız Azərbaycandan gələn qazla təmin etmək sadəcə mümkün deyil.

Bir neçə gün əvvəl Türkiyənin iqtisadiyyat naziri Mustafa Əlitaş artıq Qətər və Azərbaycanla bu istiqamətdə danışıqlıqların aparıldığını qeyd edib. 

Azərbaycan ekspertlərinin sözlərinə əsasən, Azərbaycan qaz istehsalını 2020-ci ilədək 30 milyard kub metrə çatdıra bilər və bunun üçdə iki hissəsini, 20 milyard kub metrini ixrac edə bilər. 

Qətərlə qaz müqaviləsinə gəlincə, Türkiyə BOTAS dövlət neft şirkəti və Qətər milli neft şirkəti artıq anlaşma haqqında ilk memorandum imzalayıb. Lakin nəzərə çatdırmaq lazımdır ki, Qətərdən qaz ixracı dərhal həyata keçirilməyəcək, çünki Türkiyədə hələ ki, qaz terminalı hazır deyil. Bu səbəbdən də Ankara üçün tək qaz ixracının artıra bilən ölkə İran ola bilər. /anspress/

 


Türkiyənin qaz ixrac edəcəyi ölkələr


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar