İran sanksiyalardan azad olur
13.08.2015 622 0.0 0

İsveçrə İrana qarşı sanksiyaları ləğv edir. 

Məlumata görə Bern bu addımı Tehranın nüvə proqramı üzrə İran və altılıq dövlətləri arasında əldə edilmiş razılığın dəstəklənməsi kimi dəyərləndirib. 

İsveçrənin Federal Şurasından bildirilib ki, İranın dövlət orqanları ilə həyata keçirilən qiymətli metallar ticarətinə, neft və kimyəvi məhsullarının nəqlinə qoyulmuş qadağa ləğv ediləcək. 

Bu qərar İsveçrənin İranla ikitərəfli münasibətlərin genişlənməsində maraqlı olduğunu göstərir.

 

Bundan əvvəl mətbuatda yayılmış məlumatlara əsasən, ABŞ prezidenti Barak Obama İrana qarşı olan sanksiyaları iqtisadi cəhətdən effektiv adlandırmışdı. Onun sözlərinə görə, bu tədbirlər sayəsində İran danışıqlar masasına əyləşmişdi. /anspress/

ABŞ prezidenti Barak Obamanın İranın nüvə proqramı ilə bağlı çıxışı


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar