İran səfirliyinin əməkdaşlarına sui-qəsd cəhdi olub
03.04.2018 811 0.0 0

Yunanıstanın paytaxtı Afinada İran səfirliyinin iki əməkdaşına qarşı sui-qəsd cəhdi olub.

 

“RT”-yə istinadən verilən xəbərə görə, bu barədə Yunanıstan polisinin mətbuat xidməti açıqlama yayıb.

 

Məlumata əsasən, martın 28-də bıçaqla silahlanmış şəxs İranın Yunanıstandakı səfirliyi qarşısında diplomatlara hücum edib. Şəxsiyyəti müəyyənləşdirilərək saxlanılan 47 yaşlı İran vətəndaşı aprelin 1-də məhkəmənin qərarı ilə həbs edilib. O ifadələrində cinayət əməllərini etiraf edib.

 

Bundan əlavə onun iki dəfə diplomatik missiyanın girişində yanğın törətmək cəhdi də üzə çıxıb. İnsidentin motivləri müəyyənləşdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar