İran səfirliyi qarşısında silahlı insident baş verib, ölən var
12.03.2018 810 0.0 0

Naməlum şəxs İranın Vyanadakı səfirinin iqamətgahının yaxınlığında bıçaqla hücum edib. RİA Novosti-yə istinadən verilən xəbərə görə, bu barədə Vyana polisinin Twitter-dəki hesabında bildirilir. 

 

"İran iqamətgahı: bıçaqla silahlanmış naməlum şəxs hücum edərkən hərbçilər tərəfindən öldürülüb", - deyə məlumatda bildirilir. 

Məlumatlara görə, insident İranın Vyanadakı səfirliyi qarşısında baş verib. 

 

 

Hücumun 26 yaşlı Avstriya vətəndaşı tərəfindən törədildiyi bildirilir. 

 

 

Polisin məlumatına görə, hücum zamanı polislərdən biri qolundan bıçaq yarası alıb. Hücum edən şəxsin motivləri açıqlanmır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar