İran «S-300» ləri qəbul edir
11.04.2016 671 0.0 0


S-300 zenit raket komplekslərinin ilk partiyası İrana daxil olub. Məlumata görə, bunu İranın xarici işlər naziri Hüseyn Caber Ənsari  deyib. Nazir həmçinin onu da əlavə edib ki, raketlərin  növbəti partiyası  yaxın günlərdə gətiriləcək. Rəsmi Tehran S-300-lərin gətirilməsi prosesinin 2016-cı ilin birinci yarısında tamamlanmasını istəyir.

“Bir müddət əvvəl sizə  bildirdik ki, bu müqavilə müəyyən  ləngimələrə baxmayaraq, yerinə yetirilmə mərhələsindədir. Bu gün sizə bildirmək istəyirik ki, artıq ilk partiya çatdırılıb. Növbəti partiya isə yaxın vaxtlarda baş tutacaq", - deyə nazirliyin mətbuat şöbəsindən bildirilib.

 

Hüseyn Caber Ənsari - İranın xarici işlər naziri

Rusiya və İran 2007-ci ildə S-300-lərin çatdırılması barədə 900 milyon dollarlıq müqavilə imzalayıb. Lakin BMT təhlükəsizlik Şurasının 9 iyun 2010-cu ildə qəbul etdiyi qətnamədən sonra  İranla hərbi texniki əməkdaşlığa son qoyulub.

S-300-lərin İrana çatdırılması ilə bağlı qadağanı Rusiya tərəfi ancaq ötən ilin aprelində aradan qaldıra bilib. İyun ayında Rusiya prezidenti Vladimir Putinin hərbi texniki sahədə əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bəyan edib ki, Moskva və Tehran müqavilələri hazırlayır. Daha sonra vurğulayıb ki, sistemə dəyişikliklər edilib və onun taktiki-texniki xarakteristikası yaxşılaşdırılıb. Noyabrda isə “Rostex” dövlət şirkəti artıq qərarın qüvvəyə mindiyini bəyan edib.

 S-300 iri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmağa imkan verir, əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək gücünə malikdir. İlk çoxkanallı zenit raket sistemi kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar