İran rəsmisi Kerriyə cavab verdi
26.02.2015 839 0.0 0

Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, İran Xarici İşlər Nazirliyi sözcüsü Mərziyə Afham, ABŞ xarici işlər naziri Con Kerryi, "İranın Yəmənə müdaxilə etdiyi" haqda  verdiyi açıqlamalarına reaksiya verib.

 

Afham, İranın Yəmən hökumətinin devrilməsində kömək etdiyi istiqamətindəki açıqlamalar verən Kerryə ; "Açıqlamalar yansıtmadan başqa bir şey deyil. Öz günahını başqasına yuklə şəklindəki müdafiə mexanizmlidir və ABŞ-lı siyasətçilərin daha əvvəl verdikləri açıqlamalarla da üst-üstə düşmür " deyə bəyan edib.

 

Daha sonra xanım siyasətçi , "İranın təməl prinsipinin, xalqların müqəddəratını özlərinin təyin etmələri" olduğunu dilə gətirərək, açıqlamasında bunları qeyd edib:

 

"Bütün tərəflər Yəmən xalqının öz müqəddəratını təyin etməsinə icazə verməli və ölkədəki bütün mexanizmlər xalqın iradəsinə söykənməlidir. Yəməndəki siyasi proseslərə çöldən ediləcək hər cür müdaxilə böhranın davam etməsinə səbəb olacaq və ölkədə siyasi sabitliyin təmin edilməsinə mane olacaq. Hər cür xarici müdaxilə, bu ölkədə şərtləri daha da qarışıq bir hala sürükləyər. "

 

Bildirək ki, ABŞ xarici işlər naziri Con Kerri, dünən Senat Təsisatlar Komitəsində etdiyi çıxışında, Yəməndə Husilərin rəhbərliyi ələ keçirməsinə və hökumətin devrilməsində Tehranın dəstək verdiyini bildirmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar