İran prezidentinin Fransa səfəri təxirə salındı
14.11.2015 506 0.0 0

İran prezideti Həsən Ruhaninin İtaliya və Fransaya planlaşdırdığı səfər Parisdə törədilən terror aktlarına görə qeyri-müəyyən müddətə təxirə salınıb. Xarici KİV-ə istinadən verilən xəbərə görə, bu barədə İranın xarici işlər naziri Cavad Zərif məlumat verib.

“Parisdə törədilən teror aktları ilə bağlı İran prezidentinin İtaliya, Vatikan və Fransa səfərləri təxirə salınır və daha uyğun vaxtda baş tutacaq”.

Bundan əvvəl, məşhur “U2” rok qrupunun Paris konsertinin də təxirə salınması barədə məlumat verilmişdi./modern.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar