İran prezidenti SEPAH-ı tənqid edib
18.04.2017 684 0.0 0

İran prezidenti Həsən Ruhani İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkənin iqtisadi məsələlərinə müdaxilə etməsini tənqid edib.
 
“Anadolu” agentliyinə istinadən verilən məlumata görə, İranın Müdafiə Gününə həsr olunmuş tədbirdə çıxış edən H. Ruhani bildirib ki, silahlı qüvvələrin iqtisadi məsələlərlə yaxından maraqlanması əsas vəzifələrini icra etməyə maneçilik törədir.
 
Xatırladaq ki, bir müddət əvvəl SEPAH-ın sabiq komandiri Mohsen Rezai İran iqtisadiyyatının idarə olunmasını SEPAH-a həvalə edilməsini məqsədəuyğun hesab etdiyini bildirib, ölkənin hakimiyyət orqanlarının bu vəzifənin öhdəsindən gələ bilmədiyini deyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar