İran prezidenti: Regional problemlərin siyasi yolla həllinə inanırıq
23.02.2016 493 0.0 0

 “Biz regional problemlərin hərbi yolla deyil, siyasi yollarla həllinə inanırıq. Regionda sülh, stabillik və təhlükəsizliyin olmasını istəyirik. Biz gücümüzü birləşdirdikcə bir sıra regional problemlərlə daha yaxşı mübarizə apara bilərik".
İRNA-ya istinadən verilən məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
 
O bildirib ki, azərbaycanlı həmkarı ilə son 2 il yarımda 5-ci dəfə görüşür: “Hər görüşdə iki dost, qardaş və qonşu ölkə arasında ikitərəfli əməkdaşlıq sahəsində əldə olunan irəliləyişlər müzakirə olunur”.
 
H. Ruhani qeyd edib ki, Azərbaycan prezidenti ilə görüş zamanı vacib siyasi məsələlər, habelə iqtisadi və mədəni sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib: “Cənubla şimalı birləşdirən Astara-Astara tranzit dəhlizi ilə bağlı ilin sonunadək vacib irəliləyişin şahidi olacağıq”.
 
İran prezidenti görüşdə həmçinin energetika, neft-qaz, Xəzərin ehtiyatlarının bölünməsi və birgə istifadəsi barədə konstruktiv danışıqların aparıldığını bildirib. Görüşdə islam dini ilə bağlı məsələlər və Suriya problemi də müzakirə edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar