İran prezidenti Oman və Küveytə səfər edəcək
14.02.2017 654 0
İran prezidenti Həsən Ruhani sabah Oman və Küveytə səfər edəcək.
Məlumata görə, bunu İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili deyib.
O bildirib ki, Ruhani Omanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı perspektivləri və regional məsələlər müzakirə olunacaq. Həmçinin özəl sektorla dövlət qurumları arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılacaq.
Günün ikinci yarısında H. Ruhani Omandan Küveytə yola düşəcək. Küveyt rəsmiləri ilə görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, habelə regionda baş verən proseslər nəzərdən keçiriləcək.
İran prezidentinin Küveytə səfəri həmin gün axşam başa çatacaq./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər