İran prezidenti: Atəşkəsin qorunacağına ümid edirəm
17.05.2016 489 0.0 0

İran İslam Respublikasının (İİR) prezidenti Həsən Ruhani Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə hazır olduqlarını bildirib.
Məlumata görə, Azərbaycan Respublikasının İİR-dəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edən H.Ruhani atəşkəsin qorunacağına ümid etdiyini söyləyib.
O, İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Türkiyə və İran-Azərbaycan-Gürcüstan əməkdaşlığının ölkələrimiz ilə yanaşı, regionun mənafelərinə xidmət etdiyini vurğulayıb. İran Prezidenti bölgədəki münaqişələrin region ölkələrinin iştirakı və əməkdaşlığı çərçivəsində sülh yolu ilə həllinin zəruriliyini bildirib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar