İran parlamentinin binasına hücum olub- ölən və yaralananlar var
07.06.2017 642 0.0 0

İran parlamentinin binasına hücum nəticəsində mühafizə xidmətinin bir əməkdaşı ölüb, 8-i yaralanıb.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, parlamentə 4 silahlı şəxs hücum edib.


*** 10:27

İran parlamentində bir neçə nəfər girov götürülüb.

“Report” “Tasnim”a istinadən xəbər verir ki, hazırda parlamentdə atışma gedir. 

İran parlamentinin Tehrandan olan deputatı İlyas Həzrəti bildirib ki, iyunun 7-də ikisi avtomat “Kalaşnikov”, biri isə tapança ilə silahlanmış 3 naməlum şəxs İran parlamentinin mühafizə xidmətinin əməkdaşları ilə atışmağa başlayıb. Məlumata görə, onlar mühafizəçilərin ayaqlarına atəş açıblar. İlkin məlumata görə, 3 nəfər ayağından yaralanıb.

Deputat Rəncbərzadə isə bildirib ki, hücum edənlərdən biri tutulub, yaralı mühafizəçi isə ölüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar