İran parlamenti ABŞ əleyhinə qanun layihəsi qəbul edib
15.05.2016 621 0.0 0

 İran parlamenti (Məclis) hökuməti ABŞ əleyhinə iddia qaldırmağa  və ABŞ-ın 1953-cü ildən başlayaraq atdığı addımlar nəticəsində ölkəyə dəymiş ziyanın ödənilməsini tələb etməyə çağıran qanun layihəsini qəbul edib.
 
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, 216 parlamentaridən 118-i qanunun lehinə səs verib.
 
Qanun layihəsində qeyd edilib ki, ABŞ İranın xaricdəki aktivlərinə sahib olmaq və məhkəmə yolu ilə müsadirə etmək üçün çoxlu sayda addım atıb. Parlament İran hökumətini Əlcəzair razılaşmasına əsasən azad edilmiş ABŞ casusları ilə  əlaqədar kompensasiya, Vaşinqtonun Tehranı 1983-cü ildə Livanda  və 1996-cı ildə Səudiyyə Ərəbistanında törədilən partlayışlarda əsassız olaraq günahlandırması ilə əlaqədar isə 2 milyard kompensasiya tələb etməyə də çağırıb. Qanun layihəsində qeyd edilib ki, 953-cü ildə İranda dövlət çevrilişində iştirak, Səddam Hüseynə və Səudiyyə Ərəbistanına, o cümlədən 17 min insanın ölümünə səbəb olmuş terrorçulara  dəstək ABŞ-ın terroru dəstəklədiyinə sübutdur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar