İran ordusu hərəkətə keçdi
08.04.2015 767 0.0 0

İran Səudiyyə Ərəbistan və müttəfiq dövlətlərin Husilərə qarşı hərbi əməliyyatların keçirildiyi Yəməndə hərbi varlığını qorumaq üçün hərbi gəmilərini bölgəyə göndərib.

Məlumata görə, İran Hərbi Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Həbibullah Səyyari bildirib ki, Alborz dağıdıcı gəmisi və Buşehr köməkçi gəmisi Ədən kötfəzinə göndərilib.

Həbibullah Səyyarinin gəmilərin hansı məqsədlə göndərildiyini də açıqlayıb: "Hərbi gəmilər İranın gəmiçiliyininin təhlükəsizliyini təmin etmək və açıq dənizdə İranın maraqlarının qorunması missiyası üçün göndərilib".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla antihusi koalisiyası Yəməndə hava əməliyyatları həyata keçirir. Belə ki, qırıcılar Yəməndə husilərin mövqelərini bombardman edirlər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar