İran OPEC-i neft hasilatını daha da azaltmağa çağırıb
08.02.2017 778 0.0 0

 İranın neft naziri Bican Zanqane OPEC-in ilin ikinci yarısında neft hasilatını azaldılmasının davamını müzakirə etməli olduğunu bildirib. "RİA Novosti" agentliyinə istinadən xəbər verilir ki, bu barədə nazir "Fars" agentliyinə müsahibəsində bildirib. 

Zanqanenin sözlərinə görə, OPEC ikinci yarəmillikdə hasil olunan neftin həcmini bir qədər də azaltmalıdır: "Bu məsələ müzakirə olunmalı və qiymətləndirilməlidir".

Qeyd edək ki, İran neft naziri bu barədə venesuelalı heyətlə görüşü zamanı açılama verib. O, OPEC üzvü olan İran və Venesuelanın ikinci yarımilllikdə hasilatın azaldılması ideyası barədə həmfikir olduqlarını xatırladıb. Bununla yanaşı nazir İranın martın 20-də bitəcək cari maliyyə ilində nef-qaz satışından 41 mlrd. dollar gəlir əldə etdiyini açıqlayıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar