İran nümayəndə heyəti Azərbaycana gəlir
26.12.2016 837 0
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 26-29-da Azərbaycana səfərə gələcək.
İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XI iclası, Azərbaycan-İran biznes forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək. Bununla belə, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq.
Eyni zamanda, səfər zamanı İran nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər