İran məsuliyyəti Rusiyanın üzərinə atdı
10.05.2016 2287 0
İran Tu-154 təyyarəsinin qəzaya uğramasına görə məsuliyyəti Rusiyanın təyyarə istehsalçısı şirkətin üzərinə atıb.
Qazeta.info Olke.Az-a istinadla xəbər verir ki, İranın Qəzvin şəhəri yaxınlığında 2009-cu ildə qəzaya uğramış Tu-154 sərnişin təyyarəsinin düşməsinin səbəblərini araşdıran komissiyanın işi başa çatıb.
Araşdırmanın nəticələrinə görə, qəzaya səbəb təyyarədəki texniki nasazlıq olub və buna görə məsuliyyəti Rusiyanın istehsalçı şirkəti daşıyır.
Xatırladırıq ki, 2009-cu ildə Qəzvin yaxınlığında qəzaya uğramış İranın "Caspian Airlines" şirkətinin təyyarəsindəki 168 sərnişin və 15 ekipaj heyəti hamısı həlak olmuşdu.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər