İranda kişilər qadınlarla bərabərliklərini elan edən fotoşəkillərini Facebook hesablarında paylaşırlar.
Məlumata görə, Nilufər Ərdəlan İran mini futbol komandasının kapitanıdır. Onun ləqəbi “Qol xanım”dır.
O. bu ilin əvvəllərində ölkənisini təmsil etmək üçün Malayziyaya səfər edə bilməyib. Xanım Ərdəlan İran mediasına müsahibələrində deyib ki, Malayziyada keçiriləcək matça getməsinə əri icazə verməyib. İranda evlənənlər arasında imzalanan standart müqaviləyə görə arvadlar xaricə səfər etmək, haradasa yaşamaq və ya işləmək və ya hətta boşanmaq təşəbbüsü qaldırmaq üçün ərlərindən icazə almalıldırlar. Məsələn,Ərdəlanın səfərinə icazə verməyən əri – Mehdi Tütünçi tanınmış idman jurnalistidir. O istəyirdi ki, xanımı oğullarının ilk məktəb günündə onun yanında olsun.
Nilufər Ərdəlan.
Lakin ərlər istəsələr, ilkin kontraktın şərtlərini dəyişə bilərlər. Ərdəlanın əhvalatını eşidən bir çox İran kişiləri elə belə də ediblər. Onlar müqavilənin şətrtlərini dəyişdikdən sonra öz fotolarını social mediada paylaşırlar. Onlar öz şəkillərini hazırda ABŞ-da yaşayan jurnalist Məsih Əlinejadın “Mənim oğrun azadlığım” adlı Facebook səhifəsinə göndərirlər. Bu səhifə keçən il İran qadınlarının hüquqlarının müdafiəsi üçün yaradılıb. Bu şəkillərdən bir çoxunda başından çadrasını və ya hicabını çıxarıb atan qadınlar əks olunublar.
"Bir insan kimi bu haqlara malik olduğumundan xəcalət çəkirəm", bu messajların birində deyilir.
Əlinejad deyir ki, fotoları səhifəyə göndərməzdən əvvəl onların həqiqiliyini yoxlayır. Axı bu şəkillər 100 min dəfələrlə paylaşılır. O qərara gəlib ki, “Növbə kişilərindir” adlı bu kampaniyanın ömrünü uzatmaq üçün günə cəmi iki şəkil post etsin. Əlinejad BBC-yə bildirib ki, İranda bir çox qadınlar ilkin nikah kontraktlarına düzəliş etməyin mümkünlüyündən xəbərsizdirlər. Jurnalist deyir ki, qadın azadlıqlarına önəm verən açıq görüşlü kişilər də az deyillər.
İran xəritədə.
Bu kampaniya başlanğıcda, sadəcə olaraq kişiləri öz xanımlarının hüquqularını məhdudlaşdırmamağa çağırırdı. Lakin bunun ardınca bir çox kişilər qadınlarının bütün hüquqlarını, o cümlədən xaricə səfər etmək və ya boşanmaq hüquqlarını onlara qaytardıqları barədə xəbərlər verməyə başladılar./anspress/