İran Kəşfiyyat Xidməti xüsusi əməliyyat keçirdi
13.05.2017 884 0.0 0

İran təhlükəsizlik xidməti xüsusi əməliyyat nəticəsində təhlükəli qruplaşmanı ifşa edib. Məlumata görə, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, xüsusi əməliyyat nəticəsində inqilaba qarşı olan terrorist qruplaşması təhlükəsizləşdirilib, külli miqdarda partlayıcı aşkar edilib.

Əməliyyatın harada və nə vaxt keçirilməsi barədə əlavə məlumat verilməyib. Nazirlik qruplaşmanın adını da çəkməyib, yalnız həmin qruplaşmanın xarici dövlətə işlədiyini qeyd edib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar