İran idmançılarını Türkiyəyə buraxmadı
21.12.2016 778 0
İranın Gənclər və İdman Nazirliyi idmançıların və idman komandalarının təhlükəsizlik baxımından Türkiyəyə səfərlərini dayandırıb.
Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, İranın Ankaradakı səfirliyi idman federasiyalarına idmançıların müvəqqəti olaraq Türkiyəyə səfərlərini saxlamağı tapşırıb.
Qeyd edək ki, bu qərar Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülməsi ilə bağlıdır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər