İran hərbçiləri əsir götürülüb
13.08.2015 667 0.0 0

Yəməndə hökumət yönümlü qeyri-nizami qoşun dəstələri "Ənsar Allah" hərəkatının tərəfində döyüşən İran ordusunun hərbi qulluqçularını əsir götürüb. 

Məlumata görə, bu barədə Yəmənin xarici işlər naziri Riyad Yasin deyib.

Onun sözlərinə görə, husi üsyançıları və keçmiş prezident Əli Abdulla Saleh tərəfində döyüşən İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri ələ keçirilib. O, saxlanılan İran hərbçilərinin sayı və yeri barədə dəqiq məlumat verməyib.

 


Husi üsyançıları 

 

Yəməndə böhran başlayan andan rəsmi Tehran bu ölkədəki şiə hərəkatına dəstək verib. Bu il martın sonlarında 600 yaxın Yəmənin husi icmasının nümayəndəsi təlim keçmək məqsədi ilə İslam Respublikasına göndərilib. Lakin İran tərəfi birmənalı olaraq öz hərbçilərinin Yəməndə gedən döyüşlərdə iştirakını təkzib edib.

Yəmən hakimiyyəti və “Ənsar Allah” qruplaşması arasında qarşıdurma 2014-cü ilin avqust ayında kəskinləşib. Bu ilin yanvar ayında husi hərəkatının hərbi qanadı paytaxt Sananı ələ keçirib. Ədənəyə qaçmağa məcbur olan prezident üsyançıların 2015-ci il martın 25-də bu şəhərə daxil olmasından sonra ölkəni tərk edib. 2015-ci il martın 26-dan başlayaraq Səüdiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri husilərə qarşı hava əməliyyatına başlayıb./anspress/


Yəmən hökumət qoşunları


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar