İran Ermənistana qaz nəqlini artırır
13.07.2016 529 0
Ermənistanın baş naziri Ovik Obramyanla İranın birinci vitse-prezidenti Eshaq Cahangiri arasında telefon danışığı olub.
"news.am" agentliyinə istinadən xəbər verilir ki, iyulun 10-dan avqustun 10-dək magistral kəmərdə aparılan təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz nəqlinin dayandırılmasını xatırladan O. Obramyan İrandan Ermənistana nəql olunan qazın həcminin artırılması ilə bağlı müraciət edib. E. Cahangiri təklifə müsbət cavab verib.
Xatırladaq ki, Rusiyadan qaz nəqlinin dayandırılması səbəbi ilə Ermənistan əhalisinin qaz təchizatı yeraltı anbarlardakı ehtiyat qaz hesabına aparılacaq./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər