İran erməniləri məyus etdi
11.05.2015 788 0.0 0

İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və buna hörmətlə yanaşır.

Məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mərziyyə Əfğam bildirib.

O, Tehranda keçirdiyi ənənəvi həftəlik brifinqdə deyib ki, rəsmi Tehran Dağlıq Qarabağda keçirilən qondarma parlament seçkilərini tanımır və hesab edir ki, belə addımlar münaqişənin aradan qaldırılması üçün aparılan danışıqlar prosesini çətinləşdirir.

Onun sözlərinə görə, İran regionda sülh, təhlükəsizlik və sabitliyi poza biləcək istənilən fəaliyyətin əleyhinədir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar