İran öz nüvə proqramı ilə bağlı apardığı iş haqqında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) qarşısında hər üç aydan bir hesabat verməli olacaq.
Məlumata görə, bu barədə MAQATE-nin sədri Yukiya Amano bildirib.
O deyib: "Əgər MAQATE əməkdaşları ziddiyyətli məlumatlar aşkar edərlərsə və şübhə yaranarsa, onda onlar nüvə obyektinə girişi tələb edə bilərlər. İran girişə icazə vermək üçün prinsip etibarilə məcburdur".
MAQATE sədri vurğulayıb ki, beynəlxalq təftişçilər səfər etməmişdən iki saat əvvəl hakimiyyətə xəbərdarlıq etməklə, İran ərazisində istənilən nüvə obyektini yoxlaya biləcəklər. Yəni indi MAQATE mütəxəssisləri 24 saat ərzində yoxlama haqqında İran İslam Respublikası hakimiyyətini xəbərdarlıq etməlidir.
Xatırladaq ki, bu il aprelin 1-də İsveçrənin Lozanna şəhərində Tehran və “altılıq” ölkələri İranın nüvə proqramının dayandırılmasının əvəzində sanksiyaların aradan qaldırılması ilə bağlı çərçivə sazişinə nail olublar. İran ilə Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Almaniya və Fransa təmsilçiləri arasında növbəti görüş iyunun 16-da Vyanada nəzərdə tutulub. Tərəflər Tehranın nüvə proqramında şəffaflığın əldə edilməsində son müqavilə izalayacaqlar./anspress/