İran BMT-ni general Suleymaninin qətlini pisləməyə çağırıb
04.01.2020 626 0.0 0

İranın BMT yanında daimi nümayəndəsi Məcid Taht-Ravançı Təhlükəsizlik Şurasını İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi hərbi birləşməsinin komandiri general-mayor Qasım Suleymaninin ABŞ tərəfindən öldürülməsini pisləməyə çağırıb.

Qazeta.info “Report”-a istinadən xəbər verir ki, İran rəsmisi bununla bağlı BMT baş katibinə məktub ünvanlayıb.

Baş katiblə yanaşı, həmçinin Təhlükəsizlik Şurası sədrinə də ünvanlanan məktubda deyilir ki, şura öz vəzifələrini yerinə yetirməli, ABŞ tərəfindən belə hərbi avantürizmin və təhlükəli provokasiyaların ağır nəticələrini nəzərə alaraq, bu qanunsuz, cinayətkar əməli pisləməlidir.

Sənəddə həmçinin qeyd edilir ki, İran "dəhşətli cinayətlə" bağlı beynəlxalq qanunvericiliyə uyğun olaraq zəruri, xüsusən özünümüdafiə tədbirlərinin qəbulu hüququnu özündə saxlayır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar