İran Bakının layihəsinə qoşulur
09.05.2015 839 0
İranın neft şirkətləri Azərbaycanın həyata keçirdiyi beynəlxalq neft və qaz layihələrində iştirak etməyə hazırdır.
Məlumata görə, bunu İranın neft naziri Bijən Namidar Zəncani 20-ci neft-qaz sərgisində deyib.
O bildirib ki, regionumuz neft və qazla zəngindir və birgə əməkdaşlıq neft hasilatını artırmaqla yanaşı, onun nəqlini də asanlaşdırar: "İran neft sahəsində Azərbaycanla yanaşı, İraq və Türkmənistanla da əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq İrana neft hasilatı üçün texnologiyanın yenilənməsinə yardım edə bilər."
Onun sözlərinə görə, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar aradan qaldırılan kimi rəsmi Tehran regionda reallaşdırılan beynəlxalq enerji layihələrində iştirak edəcək./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər