İran Bəşər Əsədi «qırmızı cizgisi» elan edib
10.04.2016 687 0.0 0

 İran ali dini lideri Ayətullah Əli Xamneyinin baş məsləhətçisi Əli Əkbər Vilayəti Suriya prezidenti Bəşər Əsədin səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmasının vacib olduğunu bildirib.
 
Məlumata görə, Ə.Ə. Vilayəti İran Dövlət Televiziyasında çıxışı zamanı deyib ki, B. Əsəd Suriyanın qanuni prezidentidir və onun istefası ilə hər hansı bir şərtin ortaya qoyulması İran üçün “qırmızı cizgi”dir.
 
Ə.Ə. Vilayəti B. Əsədin 2021-ci ilə qədər Suriyanın prezidenti postunda qalmalı olduğunu vurğulayıb: “Bəşər Əsədi dəstəkləməyə davam edəcəyik.  Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmamasının ABŞ-a nə dəxli var?”.
 
Ə. Ə. Vilayəti İran və Rusiyanın dəstəyinin Suriyada qüvvələr nisbətini B. Əsədin xeyrinə dəyişdiyini də qeyd edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar