İran «altılıq»la danışıqlarda yeni şərtlər irəli sürüb
09.07.2015 546 0
İran “altılıq” ölkələri ilə danışıqlar zamanı yeni şərtlər irəli sürüb.
TASS-a istinadən verilən xəbərə görə, bu barədə diplomatik mənbədən bildirilib.
“İranlılar hansısa nümayəndə heyətinin müddəti qısaltmaq istədiyini hiss edəndə, yeni şərtlər irəli sürməyə başlayır. Mühit dərhal anlaşılmaz xarakter alır, bunu psixoloji hücumla müqayisə etmək olar", - deyə mənbə bildirib.
Mənbə İranın irəli sürdüyü şərtlərin detallarını açıqlamayıb.
Qeyd edək ki, iyulun 9-da İran və “altılıq” ölkələri Tehranın nüvə probleminin həlli ilə bağlı razılığa gəliblər./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər