İran ABŞ sanksiyalarını cavabsız qoymadı (FOTO)
01.01.2016 826 0.0 0

İran ABŞ-ın tətbiq etdiyi son sanksiyalara cavab olaraq nüvə proqramını genişləndirir.

Məlumata görə, İran prezidenti Həsən Ruhani raket proqramını genişləndirmək haqqında müdafiə nazirinə əmr verib.

Prezidentin müdafiə naziri Hüseyin Dehqana ünvanladığı əmrin mətnində deyilir ki, nə qədər ki, ABŞ kökuməti açıq-aşkar düşmənçilik siyasətini və qanunsuz müdaxilələrini davam etdirir, İran silahlı qüvvələri öz raket potensialını sürətlə və əhəmiyyətli dərəcədə artırmaqda davam etməlidir. Əmrin mətnini İRNA agentliyi yayımlayıb.

 


Müdafiə naziri Hüseyin Dehqan


Ötən gün “The Wall Street” jurnalında məlumat yayılıb ki, ABŞ Prezident Administrasiyası da Barak Obamanın İranın ballistik raketlər proqramına qarşı Beynəlxalq şirkətlərə və fiziki şəxslərə aid yeni sanksiyalar planı hazırlayır. ABŞ-ın Maliyyə Nazirliyinin qoyduğu məhdudiyyətlər İrandan, Honkonqdan və Birləşmiş Ərəb Əmirliyindən 10-a yaxın şirkət və fiziki şəxsə tətbiq oluna bilər.

Nazirlik İrana raket hazırlamaqda yardım etməkdə, Beynəlxalq terrorizmə dəstək verməkdə və insan hüquqlarının pozulmasında şübhəli bilinən bütün İran şirkətlərinə sanksiyalar tətbiq etmək hüququnu özündə saxlayıb.

Bu gün isə “The Wall Street” jurnalı ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları təxirə saldığı haqqında məlumat yayımlayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar