İran ABŞ-la müharibə ehtimallarını qiymətləndirib
15.05.2019 476 0.0 0

İranın ali dini lideri ayətullah Əli Xamenei Birləşmiş Ştatlarla mümkün müharibə ehtimallarını şərh edib.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, onun sözlərinə görə, İran tərəfi ABŞ-a qarşı müqavimət göstərməkdə davam edir, lakin müharibə olmayacaq.

"Müharibə üçün bir əsas yoxdur", - deyə Xamenei bildirib.

O əlavə edib ki, hərbi qarşıdurma ABŞ-ın maraqları daxilində deyil. Xamenei qeyd edib ki, belə olacağı təqdirdə İran Amerikadan daha güclü çıxacaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar