İran ABŞ-a nota verdi
26.04.2016 648 0.0 0

 
İran XİN-dən verilən məlumata görə, etiraz notası  ABŞ-ın bu ölkədə maraqlarını təmsil edən İsveçrə səfirinə verilib. 
 
Bu gün İran XİN-nə çağırılan İsveçrə səfirinə iki etiraz notası təqdim olunub. 
 
Notanın biri Amerika Ali Məhkəməsinin İranın dondurulmuş pullarından Amerika ailələrinə kompensasiya olaraq verilməsinə görədir.
 
İran məhkəmə qərarını iki ölkə arasında olan müqavilələr, xüsusilə 1955-ci ildə imzalanmış  müqavilənin, eləcə də beynəlxalq qanunların ABŞ tərəfindən pozulması  kimi qiymətləndirib.
 
İkinci nota isə Nyu-York yerli məhkəməsinin İranın 11 sentyabr terror hücumlarında ittiham olunmasına etirazdır. Notada İran bu kimi ittihamların əsassız olduğunu bildirib və bəyan edib ki, İranın və ya İran vətəndaşlarının bu terror hücumunda iştirakına dair heç bir dəlil, sübut və şahid yoxdur, bu kimi iddialar gülünc və beynəlxalq hüquq normalarına ziddir. 
 
İsveçrə səfiri bildirib ki, etiraz notalarını ABŞ-ın xarici siyadət idarəsində çatdıracaq və nəticəni bildirəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar