İran İnqilab Keşikçiləri Korpusunun komandan müavini Hüseyn Selami ABŞ başda olmaqla Qərb ölkələrinə meydan oxuyub.
Məlumata görə, ölkəsinin dövlət televiziyasına danışan Hüseyin Selami İranın uzun müddətli müharibəyə hazırlıqlı olduğunu və ABŞ ilə yaşana biləcək döyüşü müsbət qarşılayacaqlarını bildirib.
İranlı general ABŞ tərəfindən İrana yönəlik edilən hərbi təhdidləri qiymətləndirərkən qeyd edib ki, "ən təhlükəli ssenarilər"ə hazırdırlar:
"ABŞ təhdidlərlə psixoloji təsir etmək niyyətində olsa belə biz bunu ciddi qəbul edirik. Əgər təhdidlər realdırsa onda da döyüş meydanında gerçəkləri göstərməyə hazırıq. Döyüş meydanı gerçək hərbi potansialımızı göstərəcəyimiz yer olacaq".
ABŞ-ın dünyanın müxtəlif nöqtələrindəki hava bazaların İrana qarşı istifadə edildiyi halda həmin məkanların məhv ediləcəyini deyən Hüseyin Selami qeyd edib ki, nüvə müzakirələri zamanı təhdidlər qəbuledilməzdir./anspress/