İran `Sayad-3` raketlərinin seriyalı istehsalına başlayıb
23.07.2017 841 0.0 0

İran “Sayad-3” havadan müdafiə raketlərinin istehsalını qurub. “Tasnim” agentliyinə istinadən verilən xəbərə görə,  istehsalın açılışı mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan iştirak edib.

 

Nazir çıxışında qeyd edib ki, “Sayad-3”  raketlərinin istehsalında  müasir dünya texnologiyaları nəzərə alınıb. “Bu raketlər təhlükə mənbəyi olan istənilən hədəfi – “görünməyən” qırıcılar, pilotsuz uçan aparatlar, qanadlı raketlər, helikopterlər və digər uçan vasitələri vurmağa qadirdir”,- deyə müdafiə naziri qeyd edib.   

 

Onun sözlərinə görə, “Sayad-3” raketlərinin vurma məsafəsi təqribən 120 km-ə yaxındır.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar