İrəvanın mərkəzində iki etiraz aksiyası davam edib
29.06.2015 577 0
İrəvanın mərkəzində vəziyyət nisbətən sabitləşib.
“İnterfaks” agentliyinə istinadən verilən məlumata görə, bu gecə etiraz aksiyaları Baqramyan prospektində və yaxınlıqdakı Azadlıq meydanında davam edib.
“Qarətə yox!” hərəkatının fəalları Azadlıq meydanına keçiblər. Baqramyan prospektində qalan 1000 nəfərədək etirazçı isə hərəkatı satqınlıqda ittiham edərək mübarizəni sonadək aparacaqlarını bildirib.
Ermənistan hüquq-mühafizə orqanlarının rəhbərləri dəfələrlə aksiya iştirakçılarına qarşı güc tətbiq ediləcəyi barədə bəyanatlar versələr də, polis aksiyalara müdaxilə etməyib.
Xatırladaq ki, İrəvanda və Ermənistanın digər şəhərlərində elektrik enerjisinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər