İrəvanı ABŞ qarışdırıb? - Amerikalı səfirdən açıqlama
27.06.2015 594 0.0 0

ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Ukraynadakı hadisələrlə İrəvanın mərkəzindəki etiraz aksiyalarının arasında oxşarlıq görmədiyini bəyan edib.

Məlumata görə, səfir bu barədə erməni mətbuatına müsahibəsində bildirib.

"Hesab edirəm ki, bütün bu hadisələrdə hər hansı oxşarlıq yoxdur. Biz İrəvanın mərkəzində və Ukraynada Meydanda mübarizə ilə bağlı oxşarlıqlar görmürük. Və bu məsələdə ABŞ-ın heç bir rolu yoxdur. Bu, ictimaiyyətin təbii reaksiyasıdır. Bizim işimiz, diplomatlar kimi bu inkişafların izlənilməsi, onların müzakirə edilməsi və dostlar kimi səsləndirməsidir”, – deyə Mills bildirib.

İrəvanda və başqa erməni şəhərlərində etiraz aksiyaları 19 iyundan başlayıb. Ermənistan sakinləri elektrik enerjisinin qiymətlərinin qalxmasından sonra küçələrə çıxıblar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar