İrəvanda yeni dava başlayır
22.05.2015 698 0.0 0

"Ermənistanda hökumətin cümə axşamı keçirilən növbəti iclasında baş nazir Ovik Abramyan "təqdirəlayiq" bəyanat verib. O, hansısa ortamüddətli proqramına istinad edərək deyib ki, 2015-ci ildə ölkədə 1 faizlik iqtisadi artım gözlənilir. Ancaq eyni zamanda əlavə edib: "Əminəm ki, iqtisadi artım 2- 3% olacaq."

Məlumata görə, bunu "Joxovurd" qəzeti yazıb.

Bu mətbuat orqanı Oviki ələ salaraq, baş nazirin özünü qorumaq üçün növbəti yalana, fantaziyalara əl atdığını yazıb: "Onun şəxsi inamına və rəsmi proqnozuna görə bu il ölkədə iqtisadi artım ən azı 4,1% olacaq. Bu, tələb Ermənistanın 2015-ci il dövlət büdcəsi haqqında qanununda qarşıya məqsəd kimi qoyulub. Baş nazirin növbəti sayıqlamaları daha çox "diqqətəlayiqdir". Belə boş danışıqlara son qoyulmalıdır, çünki iqtisadi eniş hələ yenə baş verəcək. Bir sıra dövlət xadiminin və siyasi güclərin arzusudur ki, hökumət yalnız iqtisadi enmə ilə yıxılsın. Bu, həqiqətən çox real görünür."

"Joxovurd" maraqlı bir məqama da toxunub və Ovik Abramyanın gizli planının üstünü açıb: "Bir sözlə, Ovik Abramyan belə yalan danışmaqla, absurd iqtisadi məlumatlar verməklə yavaş-yavaş öz sələfi, yəni keçmiş baş nazir Tiqran Sarkisyanın "yolunu kəsir". 2008-ci il payızın sonunda, bütün dünyanın iqtisadi böhranla üzləşdiyi bir vaxtda Tiqran Sarkisyan hökumətə qarşı ekstremal narazılığını bildirib. O, bu barədə xəbərdarlıq edib ki, ciddi tədbirlər görülməsə bu böhran tezliklə Ermənistanı bürüyəcək. Mən isə iqtisadi böhranın ölkəmə keçməsini istəmirəm və buna yol verməyəcəm. Ancaq, o, sonra istefaya göndərildi və Ovik onun yerinə gəldi."

Göründüyü kimi, İrəvanda vəzifə üstündə dava gedir, vaxtilə Tiqran Sarkisyanı tələyə salan Ovik Abramyan baş nazir oldu. İndi isə ölkədədə yaranmış dərin böhran, iqtisadi tənəzzül, rüşvət, koorupsiya və qohumbazlıq Tiqranı yenidən əvvəlki vəzifəsinə gəlmək üçün həvəsləndirib. Beləliklə, İrəvan sakinləri növbəti qarşıdurmanın - vəzifə həvəskarlarının və hərislərinin qızğın davasının şahidi olacaqlar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar