İrəvanda qarşıdurma: Sarkisyanın iqamətgahına hücüm
23.04.2016 949 0.0 0

İrəvan polisi Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına yürüş edənlərə güc tətbiq edərək aksiya iştirakçılarını qovub. Məlumata görə, çoxlu sayda aksiya iştirakçıları saxlanılıb.
Yürüş iştirakçıları öz tələbləriylə bağli bəyanatı prezident iqamətgahına vermək fikrində olub. Sarkisyanın iqamətgahının ətrafında polisin böyük qüvvəsi cəmlənib. "Qırmızı beretlər" vətəndaşları Baqramyan prospektinə buraxmır və evlərinə başqa yolla getməyi bildirirlər. Polislər isə etiraz edənləri saxlayırlar. Artıq 50-yə yaxın şəxs saxlanılıb.

"Biz ölkəmizin sahibləriyik" təşəbbüsü ilə təşkil edilmiş yürüşün iştirakçıları Sarkisyana bir sıra tələblər irəli sürüblər.


Onlar Dağlıq Qarabağ üzrə hər hansı sənədin imzalanmasından çəkinməyi tələb edirlər. Həmçinin onlar tələb edirlər ki, Ermənistan prezidentinin administrasiyası rəsmən Dağlıq Qarabağa sülh məramlıların yerləşdirilməsinə və hər hansı ərazi güzəştlərinə qarşı olduğunu bildirsin.

 


Dünən Ermənistanın paytaxtı İrəvanın Azadlıq meydanından Xarici İşlər Nazirliyinin və Rusiya səfirliyi qarşısında yürüş olub. Aksiya iştirakçıları Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü ərəfəsində öz tələblərini irəli sürmək istəyib. Aksiyayla bağlı sosial şəbəkədə xəbərdarlıq və bəyanat yayılıb. 

Aprelin 13-də Ermənistanın paytaxtı İrəvanda Rusiya səfirliyi qarşısında mitinq keçirilib. 

Ermənilərin etiraz yürüşü Azadlıq meydanından başlayıb. Mitinq Ermənistanda yerləşən Rusiya səfirliyinin binası qarşısında bəyanat səsləndirildikdən sonra başa çatıb.

Burada etiraz aksiyasının iştirakçıları adından Rusiyaya qarşı növbəti tələblər irəli sürülüb. Ermənilər Rusiyadan bunları tələb edib:

1. "De-yure" siyasi müttəfiqinin öz vəzifələrini icra etməsi, gələcək qərarlarında Ermənistanın milli maraqlarına və təhlükəsizliyinə hörmət etmək,

2. Azərbaycana silah satışını dərhal dayandırmaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar