İrəvanda aksiya iştirakçıları hökumətə ultimatum verib
26.07.2016 478 0
Yerevanda polis alayının binasını zəbt edən silahlılara dəstək aksiyası sona çatıb.
“news.am”-a istinadən verilən xəbərə görə, müxalif “Təsis Parlamenti” təşkilatının nümayəndəsi Alek Yenigomşyan bəyan edib ki, xalq hökumətə səhər saat 09:00-dək vaxt verir.
“Biz unutmuruq ki, bu hərəkat mühüm dəyişikliklər naminə başlayıb. Əsas məqsədimiz – hakim rejimin istefasıdır”, deyə Alek Eniqomşyan bildirib.
İyulun 25-də İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi keçirilib. Nümayişçilər silahlı qrupu qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər