İrəvan-Moskva reysində həyacan
11.02.2015 838 0.0 0

Ermənistandan Rusiyaya uçan ermənilər təyyarədə qorxulu anlar yaşayıblar.

Məlumata görə, İrəvandan Moskvaya uçan sərnişin təyyarəsi Volqoqradda məcburi eniş edib.

Buna səbəb Hollandiyadan olduğu ehtimal edilən avropalı sərnişinin qeyri - adekvat hərəkətləri olub. 

Hadisə şahidləri təyyarədə 130 sərnişinin olduğunu bildiriblər. Təyyarə 10 fevralda saat 22:30-da Volqoqrada enib. 

Avropalı sərnişin hərəkətləri təyyarədəkilərin təhlükəsizliyini təhdid altında qoyub. Şahidlərin sözlərinə görə, o, təyyarənin salonunda hər iki istiqamətə qaçıb və pilotların qapısını döyürmüş.

İlkin məlumata görə, o şəxsdə izlənmə, təqibçi maniyası olub. Kişini Volqoqradda təyyarədən endiriblər, sonra isə reysə uyğun uçuşa davam edilib.//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar