İordaniya təyyarələri vurmağa başladı!
İordaniyalı pilot Muaz əl-Kesasibenin yandırılaraq öldürülməsindən sonra İordaniya döyüş təyyarələri, Suriyada olan İŞİD mövqelərini bombalamağa başlayıb. İordaniyanın hökumətinin verdiyi açıqlamada 55 terrorçunun öldürüldüyü bildirilir.
İordaniya dövlət televiziyasından verilən açıqlamada , İordaniya təyyarələrinin başda Rakka olmaqla bir çox İŞİD mövqelərinə hava hücumu təşkil etdiyi bildirilib.
Xatırladaq ki, İordaniya Kralı Abdullah, IŞİD-in İordaniyalı pilotu öldürməsindən sonra verdiyi açıqlamada , terrorçulara lazımı olan cavabı verəcəklərini bildirmişdi.Kral, məlum hadisədən sonra ordu rəhbərliyi ilə görüşərək, "Şəhid pilot Muaz əl-Kesasibenin qisası alınacaq. İordaniya İŞİD-in qorxaqcasına törətdiyi bu cinayətə cavabı sərt olacaq" deyə bildirmişdi.