İntihar edən məmur haqqında ilginc məlumatlar
16.12.2019 653 0.0 0

Bu gün intihar xəbəri yayılan Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu barədə ilginc faktlar əldə etmişik.

 

Qazeta.info BakuPost-a istinadla xəbər verir ki, özünü asaraq intihar edən Elmar Əlizadə peşəkar kadr olub. O əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Bundan sonra Nərimanov İcra Hakimiyyətində çalışıb, nümunəvi işçi kimi tanınıb.

 

İntihar etdiyi gün 41 yaşını ailəsi ilə qeyd edib.

Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə özünü asıb.

 

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar