İNTİHARA CƏHDİN SƏBƏBİ BİLİNDİ.
21.08.2014 1504 0.0 0

 

Bakıda körpüyə çıxaraq intihar etmək istəyən Fəqan Nəsibov baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib. 

 


Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı Metropoliteninin “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edən Səbail rayon sakini Fəqan Sabir oğlu Nəsibov baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilərək dinlənilib.

Fəqan Nəsibovun müraciəti baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Qeyd edək ki, bu gün saat 11:00 radələrində Bakıda intihar məqsədilə 1968-ci il təvəllüdlü Fəqan Sabir oğlu Nəsibov “Koroğlu” metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxıb. O, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevdən şikayət edərək bildirib ki, icra başçısı onun 65 min manat pulunu mənimsəyib. İntihar etmək istəyən Fəqan Nəsibov fövqəladə hallar naziri Kəmaləddin Heydərovla və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın qəbuluna yazılmaq istədiyini bildirib.

Onu Fövqəladə Hallar Nazirliyinin xilasediciləri körpüdən düşürüblər. Fəqan Nəsibov Baş Prokurorluğun əməkdaşlarına təhvil verilib.


Teqlər:İNTİHARA CƏHDİN SƏBƏBİ BİLİNDİ.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar