Rusiya və Gürcüstan tərəfindən haqqında dövlətlərarası axtarış elan edilən, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədovun beynəlxalq axtarışından imtina edilib.
Məlumayta görə ,İnterpolun Mərkəzi Katibliyi Polşa Qarapapaq Türkləri Birliyinin (PQTB) sədri Yan Yadigarovskinin sorğusuna cavabında bu barədə bildirilir.
Y. Yadigarovski deyib ki, Gürcüstanın DİN Mərkəzi Kriminal Polis Departamentinin və Ədliyyə Nazirliyi Baş Prokurorluğunun rəsmi sorğusuna baxmayaraq, İnterpol Daşqın Gülməmmədova qarşı ittiham siyasi motivli olmasını və İnterpol Əsasnaməsinin 2-ci maddəsinə zidd olduğu üçün beynəlxalq axtarışından imtina edilib. “Artıq Daşqın Gülməmmədov Avropa Birliyi ərazisində axtarışda deyil”.
Məsələ ilə bağlı İnterpolun Ukrayna Milli Mərkəzi Bürosunun rəisi, general-mayor Vasili Nevolya Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) rəsmi məktub təqdim edib.
Məktubda qeyd edilir ki, UQTMŞ sədri Daşqın Gülməmmədov barəsində İnterpolun məlumat bazasında beynəlxalq axtarış yoxdur. Axtarış yalnız Rusiya Daxili İşlər Nazirli Mərkəzi İnformasiya Analitik Mərkəzinin, Gürcüstan DİN və Dövlət Təhlükəsizlik Agentliyinin və bəzi Yaxın Şərq ölkələrinin məlumat bazasındadır.
Qeyd edək ki, D. Gülməmmədov milli ayrı-seçkilik salmaqda və irqçilikdə günahlandırılır və barəsində Rusiya və Gürcüstan tərəfindən 12 noyabrda dövlətlərarası axtarış elan edilib. Rusiya DİN-in D. Gülməmmədov haqqında elan etdiyi dövlətlərarası axtarış barədə informasiyanı, Moskva Basmannıy Rayonu Dairə Məhkəməsinin qətnaməsi və RF Federal Təhlükəsizlik Xidməti Kollegiyasının qərarı Rusiya, Qazaxıstan, Ermənistan, Belorus, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Gürcüstan, həmçinin MDB-dən kənar İsveçrə Konfederasiyası, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Misir, Rumıniya, Macarıstan, İspaniya, İran, Fransa, Kanada, Çin, Şimali Koreya, Suriya, Mərakeş və Maltanın DİN, xüsusi xidmət qurumlarının və Sərhəd Xidmətlərinin məlumat bazasına yerləşdirib./publika.az/