Beynəlxalq Polis Təşkilatının (İnterpol) 115 ölkədə böyük əməliyyat keçirib. Məlumata görə, həyata keçirilən əməliyyatlarda xüsusilə internet üzərindən satılan təxminən 20 milyondan çox dərman ələ keçirilib. Bundan başqa, əməliyyat zamanı 156 nəfər də həbs edilib.
İnterpoldan verilən yazılı açıqlamada “Pangea VIII” adıverilən və üzv ölkələrdə eyni vaxtda başladılan əməliyyatların 9-16 iyun tarixlərində həyata keçirildiyi bildirilib. Açıqlamada ələ keçirilən 20.7 milyon ədəd dərmanın bzarda qiymətinin 81 milyon dollar olduğu qeyd edilib.
Əməliyyatın əsasən internetdən qanunsuz olaraq dərman satan qruplaşmaların hədəfə alınması istiqamətində keçirildiyi açıqlanıb. Bildirilib ki, aşkar olunana dərmanlar 2013– cü ildə ələ keçirilən saxta dərmanlardan 2 dəfə çoxdur.
Əməliyyatların nəticəsində saxta dərman satan 2414 sayt bağlanılıb. Saxta dərman reklamını edən 550 səhifıyı giriş əngəllənib. Ələ keçirilənlər dərmanlar arasında ən çox xərçəng, təzyiq, arıqlama və cinsi aktivliyi artıran dərmanlar var./anspress/