İNSANLARA NİYƏ MƏLUMAT VERİLMİR?
20.08.2014 1972 0
Xatırladaq ki,dünyanın bütün yerlərində ölkə ərazisində gözlənilən kəskin və həyati təhlükəyə səbəb olan hava şəraiti haqda müvafiq strukturlar xalqa xəbərdarləq edir.
Artıq bir neçə gündür ki,ölkədə anomal hava şəraiti höküm sürməkdədir.Məsələ ilə əlaqədar mətbuatı və müvafiq strukturların saytlarını ziyarət etdik.Lakin belə hava şəraitində İnsanların necə qorunacağı haqda məlumatlara rast gəlmədik.Xüsus ilə də Səhiyyə Nazirliyi və onlara bağlı müəssisələr bu kimi məlumatların qabaqcadan yaymasına rast gəlmədik.
Xatırladaq ki,kəskin isti hava şəraitində,ən çox Yaşlılar, uşaqlar, kök insanlar, ürək-damar və endokrin xəstələr əziyyət çəkirlər
Gün vurmanın əsas əlamətləri: üzün qızarması , kəskin baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərə qaranlıq çökməsi, ürək bulanması və müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qan axması və görmə qabiliyyətinin pozulması halı da müşahidə olunur. Yardım göstərilmədikdə, günvurmaya məruz qalan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Gün vurma dəri yanması ilə də müşahidə olunur, dəridə qızartı, suluq və s. özünü göstərir.
Nə etməli?Bildirək ki,ilk növbədə məsələ ilə əlaqədar təcili tibbi yardıma müraciət etmək lazımdır.
Tibbi Yardım yetşənədək Gün vuran adamı öncə dərhal kölgəyə çəkmək,
sinəsini açmaq, ona sərinləşdirici, qazsız içki vermək lazımdır. Günvurma ilə birlikdə adətən dəri yanığı da baş verir. Yanma zamanı dəri qızarır və hərdən qabarıqlar əmələ gəlir. Bu an dəriyə soyuq su tökmək lazımdır.
Bu zaman ilk yardım tədbiri kimi mələfəni islatmaq və bir balaca sıxaraq dərinin yanmış
sahələrinə qoymaq olar. Dəri yanığının ağrısını götürmək üçün çəkilmiş kartofdan istifadə etməkləyaxşı effektə nail olmaq olar. Nəm sifətə yağlı qalın layda yumşaldıcı krem çəkməklə dərini yanıqlardan qorumaq mümkündür. Axşam sifəti sərin su, yağış suyu, qaynadılmış və yumşaldılmış bor turşusu ilə yumaq lazımdır. Ağır hallarda isə mütləq həkimə müraciət etmək məsləhətdir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər