İnsan özü-özüylə danışırsa...
08.08.2017 915 0.0 0

Adətən biz özü-özüylə danışan insana ən azından qəribə insan kimi baxırıq.

Lakim Amerika alimləri yeni araşdırmalar zamanı aşkar ediblər ki, bu vərdiş yüksək intellektdən xəbər verir və həmçinin stress və depressiyadan yaxa qurtarmağa kömək edir.

Medicinform.net xəbər verir ki, bunu Miçiqan Universiteti (ABŞ) alimləri 2 müstəqil eksperiment keçirdikdən sonra aşkar ediblər.

Eksperimentlər zamanı alimlər iştirakçılara hər hansı stresli vəziyyəti özü-özüylə danışmaqla müzakirə etməyi təklif ediblər. Nəticədə məlum olub ki, bu üsul emosiyaları tənzimləməyə, stresdən azad olmağa kömək edir.

Psixoloqlar bu üsulu tez-tez həyacan və streslərlə üzləşən insanlara tətbiq etməyi tövsiyə edirlər./Saglamolun.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar