İnsan ən cox nə qədər yaşaya bilər?
09.01.2022 540 0
21-ci əsrin sonunda insanlar 130 ilə qədər yaşaya biləcəklər, insan ömrünün son həddi isə 180 il olacaq.
Bildirək ki, statistik məlumatların təhlilinə əsaslanan bu bəyanatla Kanadanın Monreal Universitetinin HEC Montreal mütəxəssisləri çıxış ediblər.
Statistika sahəsində ekspert, riyaziyyat elmləri namizədi Leo Belzilenin rəhbərlik etdiyi tədqiqatçılar qrupu belə bir fikirə gəliblər ki, 2100-cü ilə qədər uzunömürlülk rekordu yenilənəcək. Hazırda bu rekord 1997-ci ildə 122 yaşında vəfat edən fransız qadın Jeanne Calmentə məxsusdur.
Bununla belə, Belzil qeyd edib ki, bəzi sübutlar insan ömrünün yuxarı həddi olmadığını göstərir. Lakin bunun nəticəsində cəmiyyətdə böyük dəyişikliklər müşahidə olunacaq./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər